Bazar, 19 May

"Ermənistan parlamentinin deputatları bizi təhqir edir" - Qarabağ separatçısı

image

“Ermənistan parlamentinin deputatları bizi təhqir edir”.

Xəbər verilir ki, bunu “Daşnaksütyun”un Qarabağdan olan üzvü David İşxanyan qondarma “parlament”də bildirib.

O vurğulayıb ki, Ermənistan parlamentinin üzvləri onları təhqir edirlər.

İşxanyan yaxın vaxtlarda Ermənistan parlamentinin üzvləri ilə onlayn görüş təşkil edib, bu məsələlərə son qoymağı təklif edib.

“Bizim siyasi məsuliyyətimiz, iradəmiz və şüurumuz var. Düşünürəm ki, bu təklif müsbət qarşılanacaq. Biz alovun üzərinə yağ tökməmək üçün addım atacağıq, səy göstərəcəyik. Düşünürəm ki, Ermənistandakı həmkarlarımız bizim uzadılmış əlimizi qəbul edib müvafiq nəticələr çıxaracaqlar”, – deyə İşxanyan bildirib.

Xatırladaq ki, Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qurgen Arsenyan bu yaxınlarda qarabağlı “deputat”ların onları tənqid etmək hüququ olmadığını bildirib.

“Qarabağda cəmi “120 min”ə yaxın, Ermənistanda isə 3 milyona yaxın insan yaşayır. Biz Qarabağ naminə üç milyon ermənini riskə ata bilmərik. Onların bizi tənqid etmək hüququ yoxdur”, – Arsenyan deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41